ANA VƏ BALA ÖLƏNDƏN SONRA DİRİLDİLƏR

Doğum zamanı Treysi Hermanstorfer ürəyi bir anda dayanıb. Həkimlər isə heç olmazsa körpəni xilas edərik deyərək onu keser üsulu ilə çıxarmağa çalışıblar. Ana öldüyü üçün əməliyyat zamanı anesteziyadan istifadə edilməyib. Əməliyyatdan sonra həkimlərdən bəziləri yenidən hayat qaytarmağa çalışıblar. Elə sensasiya bu zaman baş verib. 4 dəqiqə ürəyi dayanan ana dirilib. Əməliyyata rəğmən körpə ölü doğulub. Ancaq həkimlər geri addım atmayıb, körpəyə ürək masajı tətbiq ediblər.

Həkimlər acı xəbəri uşağın atası Mike Hermanstorfera çatdırmaq üzrə ikən körpə gözü yaşlı atanın qucağında hərəkət etməyə başlayıb. Körpə yenidən nəfəs almağa başlamış, sanki anası kimi yenidən həyata qayıtmışdı.

Həkimlər isə sözün əsl mənasında heyrətə gəliblər. Çünki nə ananın nə də körpənin yenidən həyata qayıtmasının məntiqli səbəbi aydın deyil.

Oğlan uşağı olan körpəyə Coltin adı verilib. Ürəyi 4 dəqiqə dayanan Treysi isə hadisə ilə bağlı heç nəyi xatırlamır. Bununla belə böyüyəndə uşağına həyat hekayəsindən bəhs edəcəyini deyir.
ABŞ-ın Kolorado ştatının, Kolorado springs şəhərində tibbdə sensasiya sayılan hadisə baş verib. Doğum zamanı ölən qadın daha sonra yenidən həyata qayıdıb

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: