İlin ilk intihar hadisəsi Qusarda qeydə alınıb

İki uşaq atası özünü ağacdan asaraq intihar edib

İlin ilk intihar hadisəsi Qusar rayonunda olub. Yanvar ayının 1-i rayon sakini, 1967-ci təvəllüdlü Münbər Dəmir oğlu Qurbanov özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
Hadisə barədə məlumat Qusar Polis Şöbəsinin növbətçi hissəsinə saat 21:15-də daxil olub.
Qusar prokurorluğunun müstəntiqi İsmayıl Ağayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Müktədir küçəsi, 41 a ünvanında baş verib. Qohum və qonşularının bildirdiyinə görə, iki uşaq atası olan M.Qurbanovun heç kimlə problemi olmayıb. Ailə üzvlərinin dediyinə görə, mərhumun əsəb sistemində problemləri olub.
Faktla bağlı rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və araşdırma aparılır.

Xatırladaq ki, 2010-cu ilin ikinci intihar hadisəsi isə Cəlilabad rayonunda qeydə alınıb. Rayonun Ocaqlı kənd sakini, 12 yaşlı Sadıqova Zülfiyyə Mirzəxan qızı özünü yaşadığı evin yardımçı tikilisində asaraq intihar edib. Ailəsinin bildirdiyinə görə, yeniyetmə ruhi xəstə olub və şizofreniya xəstəliyindən əziyyət çəkirmiş.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: