“Nadir Qafarzadə və Natavan Həbibi kimi müğənnilərin yeri toydur”

Bu sözləri Samir Bağırovun prodüsseri söyləyib

Müğənni Samir Bağırov bəzi jurnalistlərin ona qarşı qurduğu qara piara cavab verməyəcək. Bu haqda ANSPRESS-ə müğənninin prodüsseri Samir Əliyev açıqlama verib.

“Samir heç vaxt onun haqqında yazılan mənfi yazılara əhəmiyyət verməyib. O, jurnalistlərdən yalnız bir-ikisi ilə əlaqə saxlayır və onalara açıqlama verir. Samirin Azərbaycana qəti qayıtmaq fikiri yoxdur. Çünki onun Moskvada yaşayışı yaxşıdır. Yeni ildə restoranlardan yaxşı qazanc əldə edib”, – deyə o əlavə edib.

Söhbət əsnasında S.Əliyev qeyd edib ki, Azərbaycan sənətçilərindən heç kəs onunla maraqlanmır.

“Azərbaycan müğənnilərindən heç kim Samirə zəng vurmur. Sözün açığı Samir özü də bu dəqiqə heç kimi görmək və ya eşitmək niyyətində deyil. Samirin Bakıda son vaxtlar vəziyyəti gərgin idi. Nə mahnı yazdırmağa, nə də klip çəkdirməyə pulu çatmırdı”,- deyə o bildirib.

S.Əliyev deyib ki, Moskva Nadir Qafarzadə, Natavan Həbibi kimi müğənnilərin yeri deyil.

“Nadir Qafarzadə və Natavan Həbibi kimi müğənnilər də rus şou biznesinə qoşulmaq istəyirdilər. Amma istəkləri baş tutmadı. Bu onu göstərir ki, Moskva onlar üçün deyil. Onların yeri Bakı toylarıdır.
Əslində Samir 1992-ci ildə Moskavada keçirilən “Yurmula” festivalında iştirakından sonra Bakıya qayıtmaq istəmirdi. Çünki Moskvada ona böyük təkliflər gəlmişdi. Bakıya dönməyə ona eks nazir Polad Bülbüloğlu xahiş etdi. Həmin zamanlar Samir məşhur bəstəkar İqor Krutoyla çalışırdı. Ordakı yaradıcılığını dondurub Bakıya qayıtdı. Samirin Azərbaycandan gedəndə son sözü “Bakı artıq mənlik deyil. “Bozbaş” müğənnilərlə eyni səhnəni bölüşmək istəmirəm” oldu”, – deyə o fikirini bitirib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: