13 rəqəminin mənası…

13 sayının uğursuz olması ilə bağlı inanc dünyada çox geniş yayılmışdır. Bəzi ölkələrdə evlərin qapılarına 13 nömrəsi verilməz, təyyarələrdə 13 nömrəli oturacaq sırası yoxdur, evlərdə, mehmanxanalarda 13-cü mərtəbə ya 12A` dır, ya da 14 dür. 13 nömrəli ev yoxdur. Olsa da insanlar o otaqda qalmaq istəməzlər. Hətta ayın 13 – də işə gəlməmə, təyyarə və qatar relslərinin ləğvi, alışverişin düşməsi və bir sıra buna bənzər davranışların ABŞ – a gündə milyonlarla dollar ziyan verdiyi söylənməktədir. Bu inanc bir növ qorxu xəstəliyi olaraq qəbul edilmiş olub adı “triskaidekaphobia”dır. Ümumiyyətlə, bu inancın Hz. İsa`nın məşhur son yemeyindeki həvarilərin sayından qaynaqlandığı sayılsa da, kökü çox qədim mifoloji tanrıların yaşadığına inanılan dövrlərə, Skandinaviya torpaqlarına qədər gedir. O zamanlarda işıq və gözəllik tanrısı Balder bir ziyafət verir. Balder vikinqlərin məşhur tanrısı Odin ilə Frigganınn oğulları olub, ay kraliçası Nannanın da əridir. Bu ziyafətə 12 nəfər dəvət olunduğu halda, yalanların və hiylələrin tanrısı Loki, dəvətli olmadığı halda, zorla 13 nəfər olaraq qatılmaq istəyir. Ancaq bu zaman ortaya çıxan çaxnaşmada Loki digər tanrılar tərəfindən də çox sevilən Balderi öldürür. Bu mifoloji hekayə və inanc Skandinaviyadan Avropanın güneyinə qədər yayılır. Xristian din adamları bu xalq məsəlindən istifadə edirlər və Hz. İsa`nın son yemeyinə uyğunlaşdırırlar. Xristian versiyasında Balderin yerini Hz. İsa, Lokinin yerini isə xain Judas alır. Bu yeməkdən sonra 24 saat ərzində də Hz. İsa çarmıxa çəkilərək öldürülür. Bu səbəbdən Xristianlarda axşam yeməyində 13 nəfər bir araya gəlirsə bunlardan birinin başına bir fəlakət gələcəyinə inanılır. Bu inanclara görə 13 sayı uğursuzdur. Amma ayın cümə gününə düşən 13 – cü günü həmişə uğursuzdur. Ancaq belə bir gündə doğulmusunuzsa tam tərsinə, yəni 13 sizin uğurlu gününüzdür. Cümə gününün uğursuz sayılmasına Həvvanın Adəmə almanı cümə günü yedirdib cənnətdən qovulmasına səbəb olması, Hz. Nuh zamanındakı böyük selin cümə günü olması, Hz. İsa`nın cümə günü çarmıxa çəkilməsi kimi hadisələrdən biri və ya hamısı səbəb olmuş ola bilər. Müsəlmanlar isə Hz. Adəm`in cümə günü yaradıldığına inandıqlarından bu günə başqa günlərdən daha çox dəyər verirlər. 13 sayının uğursuzluğuna duyulan inancın kökündə bir il içində ayın 13 dəfə dolmuş olaraq görünməsinin səbəb olduğunu söyləyənlər də vardır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: