HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ QAYDALARI DƏYİŞDİRİLƏCƏK

Azərbaycanda hərbi xidmətə çağırış sistemində islahatlar növbəti illərdə də davam etdiriləcək

Bu haqda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə müvafiq qanunlara bir sıra əlavələr və dəyişikliklər olunacaq. 

Siyavuş Novruzov bildirib ki, hərbi xidmətə çağırış sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün islahatlar davam etdirilir. Növbəti mərhəldə həyata keçiriləcək tədbirlərin layihəsi hazırlanır. Bu layihə əsasında bəzi qanunlara dəyişikliklər olunacaq. Komitə üzvü xatırladıb ki, 2009-cu ilin aprelindən ölkədə hərbi xidmətə çağırış qaydalarına dəyişikliklər edilib, kompyuterləşmə sistemi yaradılıb: “İndi hər bir vətəndaş övladının nə vaxt, harada və hansı qoşun növündə xidmət edəcəyini əvvəlcədən bilir. Çağırışçılar qoşun birləşmələrinə yerli hərbi komissarlıqlar deyil, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsi tərəfindən təyin olunurlar”.

Digər məqamlardan biri dövlət təşkilatlarında, yaxud özəl müəssisələrdə çalışanların hərbi xidməti başa vurduqdan sonra əvvəlki işinə bərpası məsələsidir. Yalnız dövlət müəssisələrində deyil, özəl şirkətlərdə işləyən vətəndaşlar da hərbi xidmətdən qayıtdıqdan sonra öz əvvəlki iş yerlərinə bərpa olunmalıdırlar. 

Vətəndaşların hərbi xidmətə çağırışı ilə bağlı yaş həddinə dəyişikliklərin edilməsi isə hələlik gündəlikdə deyil. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: