İSLAMDA ƏR VƏ ARVADIN QANUNLARI

Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: «Hər kəs mənim sьnnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sьnnəmdən biri də evlənməkdir».

Hцrmətli oxucular, цncəliklə vurğulamaq istərdim ki, insanın doğru tərbiyəsi ьзьn ailə qurmaq ən mьhьm vəzifələrdən biridir. Hətta İslam şəriəti belə evlənməyi bьtьn mьsəlmanlar ьзьn vacib bilmişdir. Peyğəmbərimiz (s) belə hər zaman mьsəlmanların evlənməyi ilə fəxr etdiyini bəyan edirmiş. Lakin təəssьflər olsun ki, mьasir zəmanəmizdə bəzi gənc qız və ya oğlanlarımız maddi durumlarının yaxşı olmaması ilə əlaqəli olaraq ailə qurmağa gecikirlər. Dinimizə əsasən yoxsulluq evlənməyə mane olmamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs yoxsulluq qorxusundan evlənməsə, deməli Allah-Təalaya sui-zənn etmişdir. Hansı ki, Allah-Təala buyurur: «…Allah цz lьtfь ilə onları dцvlətli edər…» (Nur, 32).

Belə ki, ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclər burada qeyd edəcəklərimizə diqqət və əməl etsələr, inşallah ki, xoşbəxt ailə səadətinə nail olmağı bacaracaqlar. Xatırladım ki, burada mьqəddəs kəlamlardan, Qurani-Kərimdən gətirəcəyimiz ayələr və onların aзıqlaması nəticəsində əmin olacaqsınız ki, xoşbəxtliyiniz hər birinizin əxlaq, davranış və dьşьncəsindən asılıdır. Necə ki, Mьqəddəs Kitabımızda buyrulmuşdur:

«Biz ona haqq yolu gцstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun цz işidir)» (İnsan, 3).

Hər zaman bцyьklərimizdən eşitmişik ki, ailə kiзik bir cəmiyyət və cəmiyyətin əsas sьtunlarından sayılır. Əgər ailənin bьnцvrəsi mцhkəm qoyularsa, cəmiyyətdə də birlik bir o qədər mцhkəm olacaqdır. Ailənin məsulliyyyəti olduqca ağır və зətindir. Lakin hər birimiz Allahın hцkmlərinə, Peyğəmbərimizin (s) və imamlarımızın yaşayış qaydalarına diqqət yetirsək ailə sahibi olmağın зətin olduğu qədər, həqiqətən də gцzəl və bцyьk savab olduğunun şahidi olarıq. Necə ki, Allahın Rəsulu (s) buyurur:

«Evli şəxsin qıldığı iki rьkət namaz, subay şəxsin qıldığı yetmiş rьkət namazdan ьstьndьr».

İdeal ailəyə sahib olmaq ьзьn ilk nцvbədə gцzəl əxlaq və xasiyyət uyğunluğu vacibdir. Lakin ьrək ağrısı ilə vurğulamaq istərdim ki, indi bəzi, -hətta зoxları desəm daha doğru olardı- gənclərimiz ailə quracağı insanın tərbiyəsinə, əxlaqına və təmiz sevgisinə deyil, nədənsə onun maddi durumuna dəyər verirlər. Və gцrdьyьnьz kimi son illərdə məhz bunun nəticəsi olaraq boşanma hallarının sayı artmaqdadır. Dьzdьr, «sevgi ilə qarın doymaz» deyiblər, yaşayış ьзьn mьəyyən qədər maddi duruma da fikir verilməlidir, lakin var-dцvlət, maşın, qızıl hesabına qurulan həyat pul kimi bir gьn зirkaba зevriləcəkdir. Odur ki, sonradan peşman olmamağımız ьзьn diqqətli olmalı, nəfsimizi deyil, qəlbimizi dinləməyi bacarmalıyıq.

İndi isə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəqin ki, ailədə kimin başзı olması məsələsi hər biriniz ьзьn olduqca maraqlıdır. Ьmumiyyətlə, ailədə ər və ya arvad ikisi də eyni anda ailə başзılığı kimi məsuliyyətli bir vəzifəni цz цhdələrinə ala bilməzlər. Belə olduqda (ailəni şərikli idarə etdikdə) onlar lazımı qədər məsuliyyətli olmağı bacarmayacaq, ev işlərini, problemləri bir-birinə tapşıracaq və nəticədə ailə ideal olmayacaq. Ьmьmiyyətlə, yaşadığımız цlkənin-yəni Azərbaycan mentalitetinə əsasən ailənin rəisi kişi sayılır. Oxuduğumuz mьqəddəs kəlamlardan da bizə məlumdur ki, qadın ərinə, uşaqlar da atasına itaət etməlidir. Buradan da gцrьndьyь kimi, dinimizdə də kişi ailənin əsas idarəedicisi, bцyьyь, hətta itaətgahı hesab edilir.

Ailə sahibinin hьququ xanımı ьзьn bьtьn hьquqlardan daha vacib və mьhьmdьr. Hətta ərin hьququ valideyn hьququndan da irəlidir. Peyğəmbərimiz (s) kəlamlarının birində vurğulamışdır ki, ərinə itaət etməyən qadın, Allaha dьzgьn ibadət etməmiş sayılır.

Mьtəxəssislərin araşdırması nəticəsində məlum olub ki, qadın ailəyə başзılıq edə bilməz. Onlar цzləri daima layiqli bir şəxsin başзılığı altında olmaq arzusundadırlar. Dьzdьr, qadınlar gьclь, iradəli və olduqca ağıllı sayılırlar. Lakin kişilərdən fərqli olaraq emosional xьsusiyyətlərə malik olan qadınlar zərif məxluq olduğu ьзьn başзı olmaq səlahiyyətinə malik deyildirlər və kişilərlə birlikdə зiyin-зiyinə gəlməyi bacarmazlar. Gəlin mцvzu ilə bağlı Nisa sьrəsinin 34-cь ayəsinə nəzər yetirək:

«Kişilər qadınlar ьzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə ьstьn etməsi və (kişilərin) цz mallarından (qadınlar ьзьn) sərf etməsinə gцrədir…».

Kişilərin ailədə hakim olmalarının bir sıra dəlilləri vardır ki, onlardan biri də kişilərin yьksək dьşьncə qabiliyyəti, qadınların isə gьclь atifəyə malik olmasıdır. Lakin İslam dininə gцrə qadınlar цvladlarının tərbiyə olunması, bцyьdьlməsi, evdarlıq, ailənin təmizliyi, halallığı və s. kimi işlərdə mьtəxəssis olduqlarına gцrə kişilərdən irəlidirlər. Vurğulamaq istərdim ki, hər bir bacarıqlı kişinin kiзik və ya bцyьk uğuru onun xanımının səyindən asılıdır. Belə ki, ərlərin mьvəffəqiyyətləri onların həyat yoldaşlarının həmkarlığına bağlıdır. Ər bцyьk səy gцstərməyinə baxmayaraq xanımı ona зətinliklərində kцmək etməsə, yanında olmasa, ona dar gьnьndə mənəvi arxa olmasa nəzərə зarpacaq uğur hasil olmayacaqdır.

Hцrmətli xanımlarımız, ьmid edirik ki, dediklərimizdən nəticə зıxararaq siz də artıq hər bir ailənin aktual mцvzusuna зevrilən bu başзı məsələsinə son qoyacaq və ailənizin xoşbəxtliyi ьзьn cani-qəlbdən səy gцstərəcəksiniz.

İnşallah, gələn mцvzumuzda İslamda evlənmək və onun bəzi adətləri məsələsinə toxunacağıq.

P.S. Xatırladım ki, mцvzu bəzi dini kitablar (Ayətullah Hьseyn Məzahirinin şəxsi nəzarətindən keзən «Ailə səadətinə necə nail olaq» və Əli Əkbər Babazadənin «İslamda evlənmə və ailə hьququ» kitabı) əsasında qələmə alınıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: