Kainat

Rəhman və Rəhim Allahin adı ilə

Quranın elmi möcüzələri…
Kainatin emele gelmesi.

XX əsrin əvvəllərinə qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik olmasi, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacagı şəklində idi. “statik kainat modeli” аdı verilən bu anlayışa görə kainat üçün hər hansı bir başlangıc və ya son yoxdur. Materialist fəlsəfənin də əsasını təşkil edən bu fikir kainatı sabit və dəyişməyən maddələr yıgını olaraq qəbul edərək hər hansı bir Yaradanın varlığını da rədd edirdi. Halbuki XX əsrdə inkişaf edən elm və texnologiya materializmin bünövrəsi hesab edilən sabit kainat modelini kökündən darmadağın etdi. Kainatın başlangıcının olması XXI əsrin əvvələrində yaşadığımız bu dövrdə müasir fizika müxtəlif müşahidə, təcrübə hesablamalarla sübut edib. Bundan başqa kainatın materialistlərin iddia etdikləri kimi sabit və statistic olmadığı əksinə hər an hərəkət etdiyini, dəyişdiyini və genişləndiyini də təsdiq edilib. Bu gün bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilib. Qurani-Kərimdə kainatın meydana gəlməsi ilə bağlı bunlar bildirilir:

O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın neçə övladı ola bilər ki, Onun heç bir yoldaşı(zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! “(Enam-101)

Quranda öz əksini tapan bu məlumat müasir elmin kəşfləri ilə üst-üstə düşür. Yuxarıda da qeyd etdiyimiz kimi , çağdaş astro fizikanın gəldiyi qəti nəticə də bütün kainatın özünün maddə və zaman ölçüləri ilə birlikdə bir sıfır anında böyük bir partlayışla meydana gəldiyini qərar edir. ”Böyük Partlayış” və ya original adı ilə desək “Big Bang” nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvələ bir nöqtənin partlaması nəticəsində yoxdan var olduğunu sübut etmişdir.. “Big Bang”dan əvvəl maddə deyilən bir nəsə yox idi. Maddənin, enerjinin hətta zamanın da olmadığı, tamamilə meta fizika olaraq adlandıra bildiyimiz bir yoxluq şəraitində maddə, enerji və zaman bir anda yaradılmışdır. Müasir fizikanın elmi şəkildə sübuta yetirdiyi bu böyük həqiqət Quranda bizə hələ 1400 il bundan əvvəl xəbər verilib.

/Məqalənin hazırlanmasında Harun Yahyanın “Quran Möcüzələri” əsərindən istifadə edilib./
Allah hər birinizdən razı olsun!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: