17 YAŞINDA SOYĞUN TÖRƏTDİ

Yetkinlik yaşına çatmayan bir nəfər şəhərin mərkəzində qadının əl çantasını zorla oğurlayaraq qaçıb
17 yaşlı yeniyetmə yoldan keçən qadının çantasını alıb qaçdığı üçün saxlanılıb.

Hadisə gecə saat 00:30 radələrində Gəncədə Atatürk prospektində baş verib. Küçə ilə hərəkət edən piyada Rəna Süleymanova 261 saylı binanın önündə soyğuna məruz qalıb. Bir nəfər onun əl çantasını əlindən alaraq qaçıb.

Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi müəyyən edərək saxlayıb. Məlum olub ki, o 17 yaşlı yeniyetmədir.

17 yaşlı yeniyetmənin özündən müştəbeh hərəkətlərinə və danışıq tərzinə diqqət yetirəndə onun törətdiyi əməldən peşmançılıq hissi keçirmədiyi məlum olub. Hadisəni yeyib-içmək məqsədi ilə törətdiyini etiraf edən yeniyetmə çantada Rəna Süleymanovaya məxsus  şəxsiyyət vəsiqəsi, kosmetik vasitələr və 160 manat pul olduğunu da boynuna alıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: