2012-Cİ İLDƏN DÜNYADA YENİ TƏQVİM TƏTBİQ EDİLƏ BİLƏR

Ümumdünya Təqvim Assosiasiyası (ÜTA) illərin hesablanması üzrə mövcud sistemin dəyişilməsi təşəbbüsü ilə çıxış edib
Bu təşəbbüsün 2012-ci ildə reallaşması mümkündür. Dəyişiklik bir neçə variantda təklif olunub. 
ÜTA-nın rəhbəri Ueyn Riçardson açıqlamasında bildirib ki, tətbiq ediləcək təqvimdə də yeni ilin günlərinin sayı 365 olacaq, ancaq il bazar günündən başlayacaq və ikinci şənbə adı ilə əlavə bir gün də olacaq. 
Daha bir variant isə ondan ibarətdir ki, ayları bazar ertəsi ilə başlanan il hesabı «simmetrik təqvim» adı ilə tətbiq ediləcək. Təbii ki, belə yenilik boşuna keçə bilməz – fevral, may, avqust və noyabrda günlərin sayı 35-ə qədər artacaq, qalan aylarda isə 28 günə qədər azalacaq.
Bu və digər variantlara BMT tərəfindən baxılır.
Qeyd edək ki, Qriqorian təqvimi əsasını Yuliandan götürür. Yulian təqviminin çatışmazlığı mövsümi dəyişikliklərin başlanğıcı, günəş təqvimindən 11 dəqiqə 14 saniyə uzun olduğundan erkən tarixlərə düşüb. Elə buna görə də təqvim daim təkmilləşdirilib.
24 fevral 1582-ci ildə Yulian təqviminə iki vacib dəyişiklik edilib: 1582-ci ildə 4 oktyabrdan sonra 15 oktyabr gəlib – hesabdan 10 gün çıxarılıb. Məhz bu imkan verib ki, – eramızdan əvvəl 325 ildə olduğu kimi 21 mart yazda gecə-gündüz bərabərliyi təqvimi kimi saxlasın. Bundan başqa, hər üç ildən bir dördüncü ili adi, 400-ə bölünən illəri isə «qısa» saymaq qərara alınıb.
Beləliklə, 1582-ci il qriqorian təqviminin ilk ili, həm də «yeni stil»in başlanğıcı olub. 
Qriqorian təqvimi çox dəqiq və təbiətdəki mövsümi dəyişikliklərlə üst-üstə düşsə də, müasir strukturu ictimai həyatın tələblərinə cavab vermir. Dörd əsas problem var:
1) Nəzəri cəhətdən mülki (təqvim) ilin uzunluğu astronomik (tropik) il qədər olmalıdır. Ancaq bu mümkün deyil: tropik ildə tam bir sutka çatmır. Məcburiyyətdən vaxtaşırı ilə əlavə gün artırılması illəri iki tipə bölür – adi və qısa. Nə qədər ki, il həftənin istənilən günü ilə başlayır, deməli, 7 tip adi və 7 tip də qısa il olacaq. 14 tip ilin də tam dövriyyəsini gözləməyə 28 il lazım gəlir.
2) Ayların uzunluğu da müxtəlifdir – 28-dən 31-ə qədər. Bu qeyri-bərabərlik də iqtisadiyyatda və statistikada hesablaşmada çətinliklər yaradır.
3) Nə adi, nə də qısa illərdə həftələrin tam sayı var. Yarımillikdə, kvartalda və aylarda da həftələrin bərabər və tam sayı yoxdur.
4) Həftədən həftəyə, aydan aya və hətta ildən-ilə tarixlər, həftənin günləri dəyişir ki, bu da müxtəlif hadisələrin təyinetmə anını müəyyənləşdirməkdə çətinlik yaradır. Məsələn, Anım günü həmişə cümə axşamına düşür, ancaq ayın tarixi həmişə dəyişir. Zühur günü həmişə dekabrın 25-də olur, həmişə də həftənin ayrı-ayrı günləri.
Təqvimin təkmilləşdirilməsi ilə bağlı təkliflər anbaan artır, ancaq başqalarından çox «beynəlxalq fiksasiya», «dünyəvi» və «əbədi təqvim» daha çox müzakirə olunur.
Beynəlxalq fiksasiya təqvimi (International Fixed Calendar)
Bu 13 aylıq təqvimin mükəmməl işlənmiş variantıdır. 1849-cu ildə fransız filosofu, pozitivizmin banisi O. Kont (1798–1857) tərəfindən təqdim olunub. İngilis statistiki M. Kotsvort (1859–1943) O. Kontun ideyası üstündə işləyərək, 1942-ci ildə Fiksasiya təqvimi Liqasını yaradıb. Bu təqvimdə 28 gün olmaqla 13 ay var, bütün aylar bərabərdir və bazar günü ilə başlayır. İlk altı ayın mövcud adlarını saxlayan Kotsvort yeddincisini «Sol» (Sol) adlandırıb. Artıq olan bircə gün (365 – 13ґ28) 28 dekabrdan sonra «İlin günü» adı ilə gəlir. Əgər il qısa ildirsə, onda 28 iyundan sonra bir qısa gün əlavə olunur.
Kotsvort həm də ayların adını rum rəqəmləri ilə dəyişməyi təklif edib.
Bu təqvim tətbiq edildiyi halda, uğur qazanacaq, ancaq 13 ayı nə yarımilliyə, nə də kvartallara bölmək alınmır – bunun da problemi bu.
Ümumdünya təqvimi (World Calendar)
Beynəlxalq Kommersiya Konqresi tərəfindən 1914-cü ildə işlənib, tərəfdarları alovlu təbliğat aparıblar. 1930-cu ildə E. Axiles ÜTA təsis edib, 1931-ci ildən «Təqvim islahatları jurnalı»nı buraxmağa başlayıb. Əsas ölçü vahidi ilin kvartalıdır. Hər həftə və il bazar günü ilə başlayır. İlk üç ay 31, 30 və 30 sutkadır. Hər növbəti kvartal da beləcə. Ayların adı indiki kimi saxlanılır. Qısa ilin günü 30 iyundan sonra artırılır, ilin tamamı isə 30 dekabrdan sonra olur – Sülh günü.
Çatışmazlıq tam olmayan həftə ilə başlanması sayılır.
Əbədi təqvim (Perpetual Calendar)
Bu 12 aylıq təqvimin müəllifi Qonoluludan olan U. Edvardsdır. Onun əbədi təqvimi dörd üçaylıq kvartala bölünüb. Hər kvartal və hər həftə biznes üçün uğurlu olan bazar ertəsi ilə başlayır. Hər kvartalın ilk iki ayı 30, sonuncusu 31 gündür. 31 dekabrla 1 yanvar arasında bayram günüdür – Yeni ilin günü! Hər dörd ildən bir isə 31 iyunla 1 iyul arasında Qısa ilin günü peyda olur.

ABŞ-da bir neçə dəfə Nümayəndələr Palatasına bu təqvimə keçidlə bağlı qanun layihəsi təqdim olunub. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: